AZ

Milli Kitabxana tərəfindən hazırlanmış “Kitabxana işinə dair rəsmi sənədlər: (Qanun və qanun qüvvəli normativ hüquqi sənədlər toplusu)” adlı kitab işıq üzü görüb

Məlumdur ki, 30 ildən artıq bir müddət ərzində müstəqillik şəraitində yaşayan Azərbaycan Respublikası qanunların aliliyinin təmin olunduğu hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atmaqdadır. Bu şəraitdə bütün sahələrdə olduğu kimi, kitabxana işi sahəsində də müasir dövrlə səsləşən, kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmiş qanunların, dövlət proqramlarının, fərman və sərəncamların və digər rəsmi sənədlərin qəbul edilməsi, onlardan irəli gələn tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə Ulu Öndər Heydər Əliyevin imzaladığı 12 mart 1999-cu il tarixli Fərmana əsasən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr, 1998) qüvvəyə minmişdir. 

Ulu öndərin işinin və ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında tamamilə yeni bir mərhələnin əsasını qoymuş bir sıra fərman və sərəncamlar imzalamışdır: 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 27 dekabr 2004-cü il tarixli “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, 24 avqust 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncamlar və s.

Qeyd edək ki, rəsmi sənədlər toplusunun 4-cü təkmilləşdirilmiş nəşrində kitabxana işinə və əlaqədar sahələrə dair rəsmi sənədlər - qanunlar, Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları, Mədəniyyət Nazirliyinin əmrləri öz əksini tapmışdır.

Kitab ilə https://anl.az/down/nesrler2026/04/Kit.isi.dair.senedler2026.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.

Seçilən
0
50
xalqqazeti.az

10Mənbələr