AZ

AFFA millimizin baş məşqçisi barədə qərarını verib 

AFFA rəhbərliyi U-21 millimizin baş məşqçisi Rəşad Eyubbovla bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, gənc mütəxəssislə yola davam ediləcək. Rəhbərlik Eyyubova bir dönəm daha şans verəcək.

Yığmamızın Avropa çempionatı seçmə mərhələsindəki çıxışı birmənalı qarşılanmasa da, onun postundan göndərilməsi gündəmdə deyil. Rəhbərlik növbəti mövsümdə də baş məşqçinin işini görmək istəyir.

Daha öncə mətbuatda onunla yolların ayrılacağı bildirilsə də, bu məsələ rəhbərliyin gündəmində deyil. Bununla yanaşı, futbolumuzu idarə edənlər yığmada tez-tez məşqçi dəyişikliyinin yaxşı hal olmadığı düşünülür.

Xatırladaq ki, U 21 millimiz 6 xalla 6 komandalı qrupda 5-ci pillədə qərarlaşıb. Yığmamız seçmə mərhələdə 3 oyun daha keçirəcək.

Seçilən
36
30
idmanxeber.az

10Mənbələr