AZ

Dərsə gedən məktəblini maşın vurub öldürdü

Dərsə gedən məktəblini maşın vurub öldürdü

Cəlilabadda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər saat 08 radələrində rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü H.Yarməmmədov “Vaz 21043” markalı minik avtomobili ilə Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.

M.Zamanov aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bildirilib ki, hadisə 13 yaşlı məktəbli dərsə gedərkən baş verib. Hadisənin şahidləri və yaxınları məktəblinin qəfil zərbə nəticəsində ağır yaralandığını bildiriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən cinayət işi açılıb, hazırda araşdırma aparılır.

Seçilən
21
33
afn.az

10Mənbələr