AZ

Çin əhalisi 10 il ərzində 60 milyon nəfər azala bilər

Demoqrafik azalma iqtisadi artıma, istehlaka və əmək bazarına ciddi təsir göstərə bilər...

Çində yaxın onillikdə əhalinin təxminən 60 milyon nəfər azalacağı proqnozlaşdırılır.

Poliqon xəbər verir ki, bu barədə SCMP Rhodium Group-un təhlilinə istinadən məlumat yayıb. Qeyd olunur ki, bu həcmdə azalma Fransa əhalisinin sayına bərabərdir və ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər.

Məlumata görə, xüsusilə ölkənin ən inkişaf etmiş regionlarında əhali azalması artıq müşahidə olunur. Rhodium Group-un Çin bazarları üzrə tədqiqat qrupunun direktor müavini Allen Fen bildirib ki, bu proses ümumi istehlak səviyyəsinə və gələcək əmək məhsuldarlığına mənfi təsir edəcək.

Hazırda 1,41 milyard əhalisi olan Çində belə genişmiqyaslı azalma sosial təminat sisteminə, istehsal gücünə və iqtisadi sabitliyə təzyiq yarada bilər. SCMP qeyd edir ki, son onilliklərdə ölkənin iqtisadi inkişafını təmin edən sahilyanı zəngin vilayətlərdə də bu tendensiya hiss olunur.

Əhali azalmasının əsas səbəblərindən biri doğum səviyyəsinin kəskin düşməsidir. 2025-ci ildə Çində cəmi 7,92 milyon uşaq dünyaya gəlib ki, bu da rekord aşağı göstəricidir və əvvəlki illə müqayisədə 17 faiz azdır.

Qeyd olunur ki, Çin əhalisi artıq dördüncü ildir ardıcıl olaraq azalır. Analitiklər bu tendensiyanı həyat xərclərinin artması və cəmiyyətdə sosial davranışların dəyişməsi ilə əlaqələndirirlər.

Poliqon.info

Seçilən
2
3
poliqon.info

10Mənbələr