AZ

Tanınmış bloqerin evi YANDI: "Dəhşət idi" - FOTOlar

Bloqer Arzu Məmmədovanın (Arzu.ja) başına iş gəlib.

Milli.Az xəbər verir ki, onun evində yağın hadisəsi baş verib. Bu barədə məlumatı influenserin özü verib.

Belə ki, qonşuları onun ata və anasının evində yanğın başladığını bildiriblər. Arzu yaşadığı həyəcanlı anları bu sözlərlə şərh edib:

"Atamgilin bağında yanğın olub. Xoşbəxtlikdən evdə olmayıblar. İlk eşidəndə yaşadığım həyəcanı Allah heç kimə göstərməsin, dəhşət idi. Normal halda valideynlərim o saatlarda evdə olurdular. Qonşularım sağ olsunlar, FHN əməkdaşlarını çağırıblar. Onlar yanğının böyüməsinin  qarşısını alıb. Yaxşı ki, varsınız".

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
21
50
milli.az

10Mənbələr