AZ

Sükanı sıradan çıxan nəhəng gəmi malikanəyə çırpılmağa saniyələr qalmış dayandı - FOTO

Sükanı
İstanbul Boğazında “Kappa” adlı gəmidə sükan nasazlığı baş verib. 1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəzarətdən çıxan gəmi Sarıyerin Yeniköy sahilləri yaxınlığında, malikanələrə çox az məsafə qalmış quruya oturub.
Məlumata görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə polis və Sahil Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları cəlb olunub. Uzun sürən əməliyyatlardan sonra gəmi olduğu yerdən çıxarılıb. Sahil Təhlükəsizliyi Baş İdarəsindən verilən açıqlamada bildirilib ki, Yeniköy qarşısında quruya oturan “KAPPA” adlı gəmi dalğıclar və xilasetmə qruplarımızın apardığı yoxlamalardan sonra İstanbul Gəmi Trafik Xidmətləri Mərkəzimizin koordinasiyası ilə “KURTARMA-5”, “KURTARMA-6” və “KURTARMA-8” adlı ehtiyat gəmilər tərəfindən üzərək çıxarılıb. Gecə saatlarında xilasetmə işləri səbəbindən dayandırılan boğaz hərəkəti yenidən bərpa edilib. Gəminin Qara dənizdən daxil olaraq Kocaelinin İzmit rayonuna doğru hərəkət etdiyi və konteyner yüklü olduğu bildirilib. Xatırladaq ki, gəmi 2022-ci ildə də Kandilli sahilləri yaxınlığında mühərrik nasazlığı səbəbindən problem yaşamış və bir müddət boğazda hərəkət dayandırılmışdı.
Seçilən
0
24
1news.az

10Mənbələr