AZ

Bacıma niyə söz atmısan dedi və döydü Göygöldəki hadisənin detalları

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Göygöldə yeniyetmənin qonşusu ilə yaşadığı mübahisə qanla bitib, tərəflər arasında yaranan anlaşılmazlıq ağır xəsarətlə nəticələnib. Küçədə deyilən bir söz davanın fitilini alovlandırıb.Demokrat.az xəbər verir ki, hadisə ötən ilin martında Göygöl şəhərinin Vidadi küçəsində qeydə alınıb. 16 yaşlı Vüsalın marketə gedən azyaşlı bacı-qardaşa qarşı xoşagəlməz ifadələr işlətdiyi iddia olunub. Uşaqlar bu barədə böyük qardaşları Zaura şikayət ediblər. Məsələyə aydınlıq gətirmək istəyən Zaur yeniyetməni söhbətə çağırıb. Lakin tərəflər arasında yaranan dialoq qısa müdafiədən çıxaraq qarşılıqlı təhqirə çevrilib.Vüsal əsəblərini cilovlaya bilməyərək qonşusunun üz nahiyəsinə güclü zərbələr endirib. Nəticədə Zaur müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı başlanan cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı maraqlı hüquqi məqam ortaya çıxıb. Belə ki, 2025-ci ilin dekabrında qəbul edilən amnistiya qərarı təqsirləndirilən gəncin xeyrinə işləyib.Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunan amnistiya aktı Vüsala tətbiq edilib. Onun barəsindəki cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub. Gəncin üzərindəki başqa yerə getməmək haqqında qətimkan tədbiri də ləğv edilib.Qısaca, qonşu uşaqlarına söz atdığı iddia edilən yeniyetmə ilə onu cəzalandırmaq istəyən şəxs arasında dava düşüb, sonda xəsarət yetirən gənc yeni amnistiya qərarı sayəsində həbsdən xilas olub.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
31
demokrat.az

10Mənbələr