AZ

Yuyucu tozların içindəki göy dənəciklər nədir?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yuyucu tozların içindəki rəngli dənəciklər sadəcə görünüş xatirinə deyil, hər birinin özünəməxsus funksiyası var. Bu kiçik hissəciklər çətin ləkələrlə mübarizə aparmaq və paltarların ömrünü uzatmaq üçün nəzərdə tutulub.Demokrat.az xəbər verir ki, rəngli dənəciklərin bir qismi protein, yağ və nişasta kimi çətin ləkələri parçalamaq üçün nəzərdə tutulmuş enzimlərdir. Onlar adi yuyucu tozun təkbaşına çıxara bilmədiyi ləkələri hədəf alır və parçalayır. Xüsusilə mavi və ağ hissəciklər əsasən oksigenli ağardıcılardan ibarətdir. Həmin maddələr geyimlərin parlaqlığını qoruyur və ağların zamanla saralmasının qarşısını alır. İşığın əks olunmasını təmin edən bu tərkib paltarların daha təzə görünməsinə kömək edir.Bəzi dənəciklər isə yuyulma zamanı xoş qoxu yayan xüsusi ətir kapsullarıdır. Yaşıl və ya çəhrayı hissəciklərin tərkibində isə suyu yumşaldan, parçanın toxumasını qoruyan maddələr yer ala bilər. Lakin rəngli dənəciklərin çox olması həm də bir satış strategiyasıdır. İstehsalçılar alıcılarda məhsulun daha güclü olduğu təəssüratını yaratmaq üçün bu vizual elementlərdən istifadə edirlər.Yəni, yuyucu tozlardakı rəngli nöqtələr həm paltarların daha təmiz yuyulmasına kömək edir, həm də məhsulun daha keyfiyyətli görünməsi üçün əlavə olunur.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
3
demokrat.az

10Mənbələr