AZ

Ukrayna ilə İsrail arasında qalmaqal böyüyür: İddialar rədd edildi

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin xarici işlər naziri Gideon Saar ukraynalı həmkarı Andrii Sybihanın sosial şəbəkədə səsləndirdiyi iddialara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Saar X platformasında paylaşım edərək qeyd edib ki, Ukrayna tərəfi Rusiyanın Ukraynadan oğurladığı iddia edilən taxılın İsrailin Hayfa limanına çatdırılması ilə bağlı hər hansı sübut təqdim etməyib.

İsrailli nazir əlavə edib ki, xüsusilə dost ölkələr arasında diplomatik münasibətlər sosial media və ya media üzərindən aparılmamalıdır.

O, həmçinin vurğulayıb ki, Kiyev administrasiyası iddialarını dəstəkləyəcək dəlillər təqdim etməyib və bu məsələ ilə bağlı rəsmi hüquqi mexanizmlərdən istifadə etməyib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
12
icma.az

10Mənbələr