AZ

Gəncədə bıçaqlanma - 17 yaşlı oğlan xəstəxanalıq oldu

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin məcburi köçkünlərin məskunlaşdığı “Yeni Qəsəbə” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 2009-cu il təvəllüdlü Nicat Əliyev kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

​​​​​​Faktla bağlı araşdırma başlanılıb. 

"Cebheinfo.az" 

Seçilən
18
50
cebheinfo.az

10Mənbələr