AZ

Volkovdan yubiley qolu

Azərbaycan Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol "Zirə"nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

Teleqraf xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub.

Azərbaycan çempionatında 2018/19 mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.

Seçilən
19
9
teleqraf.com

10Mənbələr