AZ

Tramp İranın təklifinə qarşı çıxdı: Nüvə məsələsi prioritetdir

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçidin açılması müqabilində nüvə danışıqlarını müharibədən sonraya qədər təxirə salmaq təklifindən narazıdır.

Missiya.Az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Tramp nüvə məsələsinin istənilən razılaşmanın əsas şərti olmasında israr etməyə davam edir.

Trampın müşavirləri ilə müzakirələrindən xəbərdar olan rəsmilər prezidentin nüvə məsələsinin "təxirə salınması" ideyasına maraq göstərmədiyini bildiriblər.

CNN-də dərc olunan təhlillərə görə, ABŞ Administrasiya Tehrandan nüvə proqramı ilə bağlı qəti zəmanət almadan limanlara tətbiq edilən blokadanın qaldırılmasını strateji səhv hesab edir.

Hesab olunur ki, blokadanın ləğvi ABŞ-nin ən güclü danışıqlar vasitəsini aradan qaldıracaq və İrana daha çox vaxt qazandıracaq.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
50
missiya.az

10Mənbələr