AZ

İran daxilində hakimiyyət strukturlarında fikir ayrılıqları dərinləşir

İran daxilində siyasi və idarəetmə səviyyəsində ciddi fikir ayrılıqlarının olduğu və proseslərdə müəyyən şəxslərin kənarda saxlandığı iddia olunur.

Bu barədə politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qərb və İsrail media orqanlarında yayılan məlumatlarla yanaşı, İran daxilindən də ziddiyyətli iddialar səslənir ki, bu da ölkə daxilində vahid mövqenin olmadığını göstərir.

Politoloq qeyd edib ki, son günlərdə Qalib Axın Oman və ya Rusiya istiqamətində aparılan diplomatik proseslərdən kənarda qalması diqqət çəkib. Onun sözlərinə görə, əvvəl bu barədə yayılan məlumatlar dezinformasiya kimi qiymətləndirilsə də, son hadisələr müəyyən suallar doğurub.

Anar Əliyev bildirib ki, İranın xarici siyasət və danışıqlar proseslərində Qalib Axın rolunun zəifləməsi açıq şəkildə müşahidə olunur. Bu isə ölkə daxilində siyasi xəttin yenidən formalaşması ehtimalını gündəmə gətirir.

Politoloqun fikrincə, İran daxilində fərqli yanaşmaların mövcudluğu xüsusilə ABŞ ilə münasibətlər, uranın zənginləşdirilməsi və regional siyasət məsələlərində daha qabarıq şəkildə görünür.

O əlavə edib ki, ABŞ tərəfi də müharibə dövründə İran daxilində fərqli mövqelərin mövcudluğuna dair mesajlar verib və bu, Tehranda vahid siyasi xəttin olmadığını göstərən amil kimi qiymətləndirilir.

Anar Əliyev hesab edir ki, hazırkı proseslər İranın daxili siyasi strukturunda gərginliyin artdığını və xarici siyasətdə qərarların daha mürəkkəb şəkildə formalaşdığını ortaya qoyur.

Seçilən
8
50
news365.az

10Mənbələr