AZ

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Ajans.az xəbər verir ki, bu göstərici əvvəlki dövrlə müqayisədə 2% yüksəkdir. Bununla belə, regiondakı gərgin vəziyyət səbəbindən Yaponiyadan Yaxın Şərq ölkələrinə ixrac 46,4% azalaraq 17,1 min ədədə düşüb. Markanın xarici satış göstəriciləri 2,7% artaraq 9 milyon avtomobilə çatıb. Ən böyük artım ABŞ-də qeydə alınıb ki, burada göstəricilər 7,7% artaraq 2,52 milyon avtomobil təşkil edib. "Corolla" və "Camry" modellərinin populyarlığı bu uğura töhfə verib. Çində satışlar rəqabətin güclənməsi səbəbindən 1,4% azalaraq 1,76 milyon avtomobilə, Yaponiyada isə 2% azalaraq 1,47 milyon maşına düşüb.

"Toyota"nın hibrid və elektromobillər də daxil olmaqla alternativ enerji mənbələri ilə işləyən maşınlarının qlobal satışı 1,5% artaraq 4,8 milyon ədədə çatıb. Xaricdə bu növ maşınların istehsalı 3,2% artaraq 6,66 milyon ədəd təşkil edib. ABŞ-də istehsalat 11,4% artaraq 1,39 milyon ədədə yüksəlib.

Seçilən
0
3
Ajans.az

5Mənbələr