AZ

II Liqa: "Xankəndi" ilə "Qaradağ Lökbatan" Şamaxıda qızıla bərabər duelə çıxırlar

Azərbaycan II Liqasında 24-cü tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış günündə iki matç baş tutacaq. 

Son oyunlar ilk "üçlük"də qərarlaşan komandaların iştirakı ilə reallaşacaq. Çempionluğun taleyi böyük ölçüdə Şamaxıda müəyyənləşəcək. Belə ki, "qızıl"a iddiası qalan iki komanda - "Xankəndi" ilə "Qaradağ Lökbatan" bu gün orada üz-üzə gələcək. Rəqibini 3 xal qabaqlayan Qarabağ təmsilçisi növbəti qələbə sayəsində son 3 tura rahat çıxacaq. Əks halda, intriqa son tura qədər davam edəcək.
Qeyd edək ki, prinsipial qarşılaşmanı Premyer Liqa hakimi İnqilab Məmmədov idarə edəcək. 

Tura Şəmkirdə yekun vurulacaq. İlk "altılıq"da qərarlaşan qərb təmsilçisi 3-cü yerin sahibi "Quba"nı qonaq edəcək. Qonaqlar səfərdə uduzmasa, son 3 turun nəticəsiundən asılı olmayaraq, çempionatın bürünc medallarına sahib çıxacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Dinamo" "Şirvan"ı 5:0, "Kür-Araz" isə "Ağstafa Gəncləri"ni 1:0, "Araz Saatlı" "Göygöl"ü 2:1, "Ağdaş" "Şəki Siti"ni 5:1 hesabı ilə üstələyib.

Azərbaycan II Liqası
24-cü tur
28 aprel 

“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Asim Xudiyev. 
AFFA nümayəndəsi: Törə Əhmədova. 
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 16:00

“Şəmkir” – “Quba”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Əliyev.
Hakim-inspektor: Babək Quliyev. 
AFFA nümayəndəsi: Azər Əsgərov. 
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Seçilən
32
fanat.az

1Mənbələr