AZ

Soydaşlarımız Ukraynada həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində daha 2 azərbaycanlı həlak olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiya ordusu sıralarında müharibəyə qoşulmuş Zərgərov Ramin Nadir oğlu (1980-ci il) və Muradov Kamil Zirəddin oğlu (1991-ci il) döyüşlərdə həlak olub.

Onların Ukraynanın Xarkov vilayətində gedən döyüş əməliyyatlarında həyatlarını itirdikləri bildirilir.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində ötən dövr ərzində yüzlərlə soydaşımız həlak olub ya da itkin düşüb./Modern.az

Seçilən
6
26
bakivaxti.az

10Mənbələr