AZ

Qəbul imtahanı üçün qeydiyyat bitir

Bakı. Trend:

Qəbul imtahanının birinci cəhdi üçün qeydiyyat müddətibitir.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 28aprel saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 31425,II ixtisas qrupu üzrə 25867, III ixtisas qrupu üzrə 26057, IVistisas qrupu üzrə 6222 olmaqla, ümumilikdə isə 89571 abituriyentqeydiyyatdan keçib.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-cimərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundanistifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/)daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçibqeydiyyatdan keçməlidirlər.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmişabituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikincimərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. IIIixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçənabituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-dəkeçiriləcək.

Seçilən
45
22
az.trend.az

10Mənbələr