AZ

Azərbaycan BMT-də Avrasiya regionu gənclərinin süni intellekt sahəsində inkişafına dəstək verdi

Ötən həftə ABŞ-nin Nyu-York şəhərində yerləşən BMT-nin Baş Qərargahında keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu çərçivəsində İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) dəstəyi ilə “Süni intellektin inkişafında gənclərin rolu və gələcəyin formalaşdırılması” mövzusunda yan tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Gənclər və İdman Nazirliyi, ICYF-ERC və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (NAM YO) birgə tərəfdaşlığı ilə baş tutub.
 
Müzakirələrə Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Biotibbi Mühəndislik İnstitutunun (ATU) ekspertləri rəhbərlik ediblər.
 
Müzakirələr aşağıdakı mövzulara həsr olunub:
 
Süni intellektin inkişafında gənclərin liderliyi;
 
Potensialın artırılması və rəqəmsal bacarıqların tədrisi;
 
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün qlobal tərəfdaşlığın gücləndirilməsi;
 
Məsuliyyətli və etik süni intellekt həllərinin yaradılması.
 
Tədbirdə İƏGF Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə “Beynəlxalq Gənclər üçün Sİ Müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəhərlərin gələcəyi” layihəsini təqdim edib. Bu təşəbbüs gələn ay Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) gənclərin genişmiqyaslı iştirakının təmin edilməsi məqsədilə hazırlanıb.
 
Tədbir iştirakçıları rəqəmsal transformasiyanın dayanıqlı inkişaf və qlobal tərəqqi üçün katalizator rolunu oynadığı gələcəyi təmin etmək naminə gənclərin texnologiyanın fəal qurucularına çevrilməsi istiqamətində ortaq hədəflərini ifadə ediblər.
Seçilən
0
29
moderator.az

10Mənbələr