UEFA hakimi haqqında azyaşlıya qarşı cinsi qısnama şübhəsi ilə araşdırma aparılır.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, adı açıqlanmayan hakim oyunu idarə etmək üçün Böyük Britaniyaya gəlib. Oteldə o, azyaşlı oğlana yaxınlaşıb və onu öz otağına cəlb etməyə çalışıb.
Polis hakimi saxlayıb, daha sonra isə girov qarşılığında sərbəst buraxıb. Ona rəsmi ittiham irəli sürüləcəyi təqdirdə, hakim Böyük Britaniyaya ekstradisiya oluna bilər.