AZ

İşıq çirklənməsi immun sisteminə mənfi təsir göstərə bilər - TƏDQİQAT

Bakı, 28 aprel, AZƏRTAC

İşıq çirklənməsi immun funksiyanı poza və ölüm riskini artıra bilər.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Təl-Əviv Universitetinin alimləri araşdırma ediblər. Bildirilib ki, gecə süni işıqlandırma orqanizmin təbii bioloji ritmlərini pozaraq sağlamlığa ciddi təsir göstərə bilər.

“Environmental Pollution” jurnalında dərc olunan tədqiqatda aşağı səviyyəli süni işığın belə immun sisteminin fəaliyyətinə təsir etdiyi müəyyən edilib. Qeyd edilib ki, təcrübələr zamanı süni işığa məruz qalan vəhşi gəmiricilərdə ölüm riski nəzarət qrupu ilə müqayisədə 2 dəfədən çox artıb. Tədqiqatçılar süni işıq immun sisteminin gündəlik ritmi pozduğunu və orqanizmin infeksiyalara qarşı reaksiyasını zəiflətdiyini vurğulayıblar. Onlar həmçinin bildiriblər ki, işıq çirklənməsi yalnız ekoloji deyil, həm də insan sağlamlığı üçün risk yaradan amil kimi qiymətləndirilməlidir.

Tədqiqatın nəticələri şəhər işıqlandırmasının yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir.

Seçilən
30
48
azertag.az

10Mənbələr