AZ

Rusiya Ermənistandan gətirilən mineral suyun satışını qadağan etdi...



Rusiyanın dövlət markalanma sistemi “Çestnıy znak” Ermənistanın “Cermuk” mineral suyunun bir partiyasının mağazalarda və onlayn satışını dayandırıb. Bu barədə RBC-yə Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupov məlumat verib.

Onun sözlərinə görə, dövriyyədə təxminən 338 min şüşə olub və yoxlama aparılana qədər onların satışı bloklanıb. Buna səbəb “Rospotrebnadzor”un ictimai sağlamlığa mümkün zərərin qarşısını almaq üçün tədbirlər görülməsini tələb etməsi olub.

Məhdudiyyətlər istehsal tarixləri 17 fevral-5 mart 2026-cı il aralığında olan məhsullara aid edilir.

Yusupov qeyd edib ki, məhsul yoxlama başa çatana qədər istehlakçılara satılmayacaq.

Markalanma sistemi əvvəllər də “Cermuk” sularının satışını dayandırıb. 2024-cü ildə Şimali Osetiyada baş verən zəhərlənmə hadisəsindən sonra təxminən 2,5 milyon şüşə dövriyyədən çıxarılmışdı. Həmin hadisədə bir şüşədə mineral su əvəzinə sirkə turşusu aşkar edilmişdi.

Tahir TAĞIYEV

Seçilən
30
29
baki-xeber.com

10Mənbələr