BAKI, 28 aprel. TELEQRAF
Hazırda Bakı, Sumqayıt və Abşeron ərazisində yapon mütəxəssisləri ilə birlikdə seysmik mikrorayonlaşdırma işləri aparılır.
Teleqraf xəbər verir ki, bunu FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.
O bildirib ki, 2023-cü ilin aprelində Yapon mütəəxəssisləri ölkəmizə dəvət olunub və onlardan paytaxtdakı binalara baxış keçirmələri istənilib.
"Yaponiyalı alimlər XIX əsrin sonu XX əsrin əvvəlində tikilən, SSRİ dövründə və müasir dövrdə tikilən binalarda tədqiqat aparıblar. Araşdırmalara əsasən, XIX əsrin sonu XX əsrin əvvəlində tikilən binalar seysmik standartlara cavab verir", - o vurğulayıb.