AZ

Köçəryan: Rusiyaya qarşı sanksiyalar ləğv edilərsə, Ermənistan çökəcək

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ermənistanın hazırkı iqtisadi vəziyyəti xarici amillər, xüsusən də Ukrayna ilə müharibə fonunda Rusiyaya qarşı sanksiyalar tərəfindən dəstəklənir. Lakin bəzi malların idxalı, digərlərinin Rusiyaya satılması və sair ölkənin istehsal gücünü artırmayıb”.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

"Rusiya sanksiyalardan azad olan gün Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək və çökəcək. Buna şübhə yoxdur", - o qeyd edib.

Köçəryan hesab edir ki, belə bir ssenarinin qarşısını almaq üçün davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaratmaq lazımdır. 

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
olke.az

4Mənbələr