AZ

TƏCİLİ: Sərnişin təyyarəsi qəzaya uğradı: Ölənlər var - VİDEO

Cənubi Sudanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, ilkin ehtimala görə, qəzaya səbəb hava şəraitinin əlverişsiz olması və görmə məsafəsinin məhdudlaşmasıdır.

Təyyarənin göyərtəsində pilotla yanaşı 13 sərnişin olub. Onların Keniya və Cənubi Sudan vətəndaşları olduğu bildirilir. Hava gəmisi Yey şəhərindən paytaxt Cubaya daxili reys həyata keçirirmiş.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, uçuşdan təxminən 30 dəqiqə sonra heyətlə əlaqə kəsilib. Təyyarənin qalıqları Cubadan 20 kilometr cənub-qərbdə aşkar edilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr