AZ

Qohumlarına toy mərasimi üçün kömək edib, evinə qayıdan qadının hamamda meyiti tapıldı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli rayonunda meyit aşkarlanıb. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarovanın meyiti yaşadığı evin hamam otağında aşkarlanıb. 

Məlumata görə, qadın ötən gün qohumlarıgildə keçiriləcək toy mərasimi üçün kömək edib. Daha sonra evə gəldikdən sonra, meyiti hamamda aşkar edilib. Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəlil Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
unikal.az

2Mənbələr