AZ

Anders Breyvik adını dəyişdirdi

BAKI, 28 aprel. TELEQRAF

Müasir Norveç tarixində ən böyük terror aktında günahkar bilinən Anders Breyvik rəsmi olaraq adını dəyişdirib.

Teleqraf xəbər verir ki, o, hazırda ölkədə ən çox yayılmış ad-soyad kombinasiyası olan Yan Yohansen kimi qeydiyyatdadır.

Ad dəyişikliyi Norveçin milli reyestrində təsdiqlənib. Statistikaya görə, hazırda ölkədə təxminən 600 nəfərin ad-soyadı Yan Yohansendir.

Breyvikin adını dəyişməsi ilk dəfə deyil. O, əvvəllər Far Skaldiqrimm Rausköldr af Nordrik də daxil olmaqla, başqa soyadlardan istifadə edib. Hətta əvvəllər Fyotolf Hansen kimi qeydiyyatdan keçib.

Terrorçunun vəkili Oysteyn Storrvik nə ad dəyişikliyi, nə də onun mümkün səbəbləri barədə şərh verməkdən imtina edib.

Anders Breyvik 2011-ci il iyulun 22-də Oslo və Utoya adasında 77 nəfərin ölümü ilə nəticələnən terror aktlarının təşkilatçısı kimi tanınır. 2012-ci ildə Norveçdə tətbiq olunan ən ağır - 21 il azadlıqdan məhrumetmə və müddətin uzadılması cəzası ilə məhkum edilib. O vaxtdan bəri həbsxanada təcrid şəraitində saxlanılır.

Son illərdə saxlanma şəraiti ilə bağlı dəfələrlə məhkəmə iddiaları qaldırıb, iki dəfə - 2022-2024-cü illərdə şərti azadlığa buraxılmağa çalışıb, amma buna nail ola bilməyib.

Seçilən
45
teleqraf.com

1Mənbələr