AZ

Hayderson Hurtado: “Əsas məqsəd “Qarabağ”ı keçmək yox, yerimizi qorumaqdır” MÜSAHİBƏ

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Bu, həm Tovuz, həm klubumuz, həm də biz futbolçular üçün möhtəşəm bir hadisə olacaq”.

Bunu “Turan Tovuz”un futbolçusu Hayderson Hurtadonun evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 29-cu tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Qələbə hesabını qoruya bilməməyinizə səbəb nə oldu?

- Əlbəttə, qalib gəlmək istəyirdik. Amma heç-heçə də bizə uyğundur. Önümüzdə “Qarabağ”la çox önəmli oyun var. İndi bir az dincəlməliyik. Şəxsən mən hər oyunda qalib gəlmək istəyirəm. Bizi böyük hədəflər gözləyir, ona görə də gücümüzü bərpa etməliyik.

- Düşünmürsünüz ki, “Zirə”yə Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində iki oyunun yekununda uduzmağınız ilk görüşdə baş hakim Əliyar Ağayevin səhv qərarlarının nəticəsində oldu?

- Mən buna şərh vermək istəmirəm.

- Bəs məğlubiyyəti nə ilə izah etmək istərdiniz?

- Ümumiyyətlə, kubok qarşılaşmaları barədə danışmaq fikrim yoxdur.

- “Zirə” ilə bu mövsüm keçirdiyiniz 5 oyunun cəmi 1-də qalib gələ bilmisiniz. Onlara qarşı oynamaq niyə bu qədər çətindir?

- “Zirə” həqiqətən mürəkkəb rəqibdir, onları rahat uda bilmirik. Eynilə biz də onlar üçün ağır rəqibik. Sadəcə, öz diqqətsizliyimizdən fürsətləri əldən verdik. O xalları itirməsəydik, bəlkə də indi turnir cədvəlində daha yüksək yerdə olardıq. Amma hazırda üçüncü yerdəyik və bu da böyük göstəricidir. İndi isə biz qarşıdakı çox önəmli oyunu düşünməliyik.

- “Turan-Tovuz”un avrokuboklara yollanma şansını necə dəyərləndirirsiniz?

- Bu, həm Tovuz, həm klubumuz, həm də biz futbolçular üçün möhtəşəm bir hadisə olacaq. Avrokuboklarda oynamaqdan çox xoşbəxt olacağam. Bu, mənim karyeramda nail olmaq istədiyim ən böyük məqsədlərdən biridir. Belə bir uğura imza atacağımız üçün çox xoşbəxtəm. Bu nailiyyət mənim üçün bir növ “borcun qaytarılması” kimidir. Növbəti ilin bizə nə gətirəcəyini isə zaman göstərər, güman edirəm ki, hər şey yaxşı olar.

- Artıq Avropa kuboklarına vəsiqənin təmin olunduğunu demək olar?

- Mən buna əminəm! Artıq vəsiqəni təmin etmişik. Riyazi olaraq kənarda qalmağımız qeyri-mümkündür. Qarşıda dörd oyunumuz var, biz hələ də qələbələr üçün vuruşacağıq. Xüsusən də öz meydanımızda, azarkeşlərimiz önündə keçirəcəyimiz iki oyunda bu işi möhürləyəcəyik.

- “Qarabağ”ı məğlub edib ikinci yerə yüksəlmək xəyaldır, yoxsa reallıq?

- Futbolda hər şey mümkündür, sürprizlər həmişə olur. Amma biz realist olmalıyıq. “Qarabağ” çox güclü rəqibdir. Bizim üçün ən vacibi hazırda olduğumuz mövqeni - üçüncülüyü qorumaqdır. Bu yer bizə Avropa qapılarını açır.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr