AZ

Kral III Çarlz ABŞ Konqresi qarşısında çıxış edəcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 28 aprel, AZƏRTAC

Ötən gün ABŞ-yə dörd günlük dövlət səfərinə gələn Böyük Britaniya Kralı III Çarlz bu gün ABŞ Konqresi qarşısında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Kralın Vaşinqtonda Prezident Donald Trampın iştirak etdiyi tədbirdə baş verən silahlı insidentlə bağlı bağlı həmrəylik mesajı verəcəyi gözlənilir. Onun çıxışında ABŞ və Böyük Britaniya arasında fikir ayrılıqlarına baxmayaraq, iki ölkənin hər zaman bir araya gəlmək yollarını tapdığı vurğulanacaq.

Böyük Britaniya hökuməti adından həyata keçirilən bu dövlət səfəri, ABŞ-nin müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir ildə iki ölkə arasında münasibətlərin gücləndirilməsinə yönəlmiş yumşaq güc təşəbbüsü kimi qiymətləndirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
6
azertag.az

7Mənbələr