AZ

Xarici ölkələrin aqrar nazirləri gələn ay Bakıda keçiriləcək konfransda bir araya gələcək

Bakı. Trend:

5-8 may tarixlərində Bakıda keçiriləcək 19-cu AzərbaycanBeynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna müxtəlif ölkələrdənnazirlərin, nazirliklərin tabeliyindəki qurumların qatılacağıgözlənilir.

Trend xəbər verirki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 19-cuAzərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsrolunmuş mətbuat konfransında deyib.

"Forum çərçivəsində xarici ölkələrin aqrar sahədəki nazirlərininbirgə iştirakı ilə konfrans təşkil ediləcək. Bu da bir ilkdir. Buil sərgilərə rekord sayda xarici rəsmi nümayəndələrin qatılacağıgözlənilir", - o bildirib.

Qeyd edək ki, 5-8 may tarixlərində Bakıda “Caspian Agro Week” -19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu,“InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida SənayesiSərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər BeynəlxalqMehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq vəLəvazimatlar Sərgisi keçiriləcək.

Xarici
Xarici
Xarici
Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr