AZ

Rusiyada Ermənistan istehsalı "Cermuk" mineral suyunun satışı qadağan edilib

Rusiyanın “Çestnıy znak” dövlət markalama sistemi Ermənistan istehsalı “Cermuk” mineral suyunun mağazalarda satışını dayandırıb.

Aznews.az xəbər verir ki, bu barədə Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupov bildirib.

Onun sözlərinə görə, dövriyyədə olan 338 min şüşəlik partiya yoxlama başa çatanadək satışdan kənarlaşdırılıb.

Məhsulun dövriyyəsinin dayandırılmasına səbəb kimi Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) məktubu göstərilib. Məktubda “Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyi” qeyd olunub.

Bloklamanın səbəbi kimi isə “məcburi tələblərin pozulması” göstərilib.

Seçilən
32
3
aznews.az

7Mənbələr