AZ

Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti müvafiq qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

Qərara əsasən, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), digər qazoyllar, o cümlədən dizel yanacağı 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) aksiz dərəcəsi müəyyənləşib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib.

Bəs bu qərar Aİ-92 və dizel yanacağının qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib ki, qərara əsasən idxal ediləcək hər ton Aİ-92 benzinə görə aksiz vergisi yaxın bir il üçün 200 manatdan 1 manata, dizel yanacağı üçünsə 80 manatdan 1 manata düşəcək:

“Qərar idxal ediləcək təxminən 400 min tondan bir qədər artıq Aİ-92 və dizel yanacağı üçün aksiz vergisinin limitini müəyyən edib. Bu da ona görə edilir ki, adı çəkilən yanacaq məhsulları idxal edilərkən qiymət artımına yol verilməsin. Yəni Nazirlər Kabinetinin 118 saylı qərarın fəlsəfəsi bundan ibarətdir ki, daxili bazarda bəzi yanacaq növlərinin qiymətinin sabit saxlanması üçün zəruri addımlar atılsın.

Aksiz dərəcəsi dövlətə çatan vergidir. Faktiki olaraq dövlət idxalı subsidiyalaşdırır ki, daxili bazarda qiymət sabit qalsın. Təbii ki, bu addımın nəyə görə atıldığı açıqlanmır. Yerli istehsalın hazırkı durumu barədə heç nə deyilmir. Amma atılan addımlar nə qədər təqdir olunsa da, yaxın bir ildə qiymətlər daha çox beynəlxalq birjalardakı qiymətlərdən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
11
5
bizim.media

10Mənbələr