AZ

Sevgidə ən çox yanılan 5 BÜRC

Bürclər həmişə insanları yaxından maraqlandırıb. Xüsusilə sevgi məsələsində hər kəs öz bürcünün necə davrandığını bilmək istəyir. Bəzən isə hisslər o qədər güclü olur ki, insan reallığı görməkdə çətinlik çəkir. Bəzi bürclər isə sevgidə daha çox xəyal dünyasında yaşayır və tez yanılmağa meyilli olur.

Sevgidə ən çox yanılan 5 bürc haqda məlumatları təqdim edirik.

Balıqlar

Hisslərinin əsiri olan Balıqlar sevgi mövzusunda çox tez bağlanır. Qarşı tərəfi ideallaşdırır və reallığı görməməyə meyilli olur. Bu da onların tez-tez xəyal qırıqlığı yaşaması ilə nəticələnir. Onlar bəzən bir insanı tanımadan belə onun haqqında “mükəmməl obraz” yarada bilirlər. Sonra isə xəyal qırıqlığına uğrayır və sarsılırlar.

Xərçəng

Emosional və həssas Xərçənglər sevdiklərinə həddindən artıq bağlanırlar. Bəzən qarşı tərəfin kiçik diqqətini belə böyük sevgi kimi qəbul edirlər və yanılmaları buradan başlayır. Bu bürc üçün təhlükə odur ki, hissləri məntiqindən həmişə bir addım öndə olur.

Tərəzi

Qarşı tərəfi itirməmək üçün çox kompromisə gedən Tərəzilər bəzən öz hisslərini ikinci plana atırlar. Bu da onların yanlış münasibətləri uzun müddət davam etdirməsinə səbəb olur. Onlar çox vaxt “hamı xoşbəxt olsun” deyə öz xoşbəxtliklərini arxa plana atırlar.

Əqrəb

Dərin hisslər yaşayan Əqrəblər güvəndikləri insana kor-koranə bağlana bilirlər. Lakin xəyanət və ya yanlış seçim onlar üçün böyük sarsıntı yaradır.

Onların sevgisi güclü olduğu qədər məyusluğu da ağır olur. Yaşadıqları sarsıntının izləri bəzən uzun illər silinmir.

Qoç

Tez aşiq olan və emosional qərar verən Qoçlar münasibətlərdə tələsik addım atdıqları üçün bəzən yanlış seçim edə bilirlər.

Amma eyni zamanda səhvlərindən tez dərs çıxarıb yenidən güclü şəkildə ayağa qalxa bilirlər. Digər bürclərlə müqayisədə qoçlar öz səhvlərini daha tez düzəldə bilirlər. (Metbuat.az)

Seçilən
18
1
musavat.com

2Mənbələr