AZ

Lökbatan və Səngəçalda yeni körpülər tikiləcək qərar

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı şəhərinin Qaradağ rayonunda bir sıra mühüm infrastruktur layihələrinin icrası nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli sərəncamına əlavədə öz əksini tapıb.

Sənədə əsasən, Lökbatan-Güzdək yolunun 2,2-ci kilometrliyində yerləşən düzbucaqlı suötürücü borunun bərpası, həmçinin həmin ərazidə biraşırımlı yeni körpünün layihələndirilərək tikilməsi planlaşdırılır.

Bununla yanaşı, Səngəçal-Çeyildağ yolunun 13-cü kilometrliyində dağılmış körpünün əvəzinə yeni körpünün layihələndirilməsi və inşası da nəzərdə tutulan tədbirlər sırasına daxildir.

Qeyd edək ki, əlavədə yer alan tədbirlər güclü yağıntılar nəticəsində zərər görmüş yol-nəqliyyat infrastrukturunun bərpası və bölgələrdə nəqliyyatın təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
4
modern.az

5Mənbələr