AZ

Nyu-York merinin Azərbaycanla bağlı fikirləri qərəzli yanaşmadır

Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında New York merinin Azərbaycanla bağlı ittihamlarının rədd edib, 2020–2022-ci illərdə baş verən hadisələrin Azərbaycanın ərazi bütövlüyünü müdafiə və antiterror əməliyyatları kimi təqdim olunduğunu və bu fikirləri qərəzli hesab etdiyini deyib. 

Əhməd Abbasbəyli bildirib ki, Nyu-York merinin Azərbaycanla bağlı ittihamlarının münasibətləri gərginləşdirməyə yönəldir və yeni şübhə mühiti yaradır: "New York merinin Azərbaycanla bağlı ittihamları, 2020-ci və 2022-ci illərlə bağlı dediyi fikirlər, əslində normallaşmaqda olan iki dövlət arasındakı münasibətləri bir qədər də əksinə kəskinləşdirməyə, yeni şübhə və gərginlik ocağı yaratmağa yönəlmiş kimi görünür. Təbii ki, bu, haradasa hazırlanmış narrativlər əsasında formalaşmış bir fikirdir".

Sədr vurğulayıb ki, Azərbaycanın 2020 və 2022-ci illərdə heç bir dövlətə hücum etməyib, mülki əhaliyə qarşı təzyiq göstərməyib və beynəlxalq hüquqa uyğun hərəkət edib: "Onunla bağlı bizim mövqeyimiz birmənalıdır; biz nə 2020-ci ildə, nə də 2022-ci ildə heç bir dövlətin ərazisinə hücum etməmişik. Heç bir xalqa qarşı, heç bir millətə qarşı onun milli və dini mənsubiyyətinə görə təzyiq və ya hər hansı güc tətbiq etməmişik".

Ə.Abbasbəyli bildirib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücumla başlayıb və əvvəlki təxribatlara cavab verib: "Nəzərinizə çatdırım ki, 2020-ci il sentyabrın 27-də biz hücum etməmişik. Bizə qarşı edilən hücumun qarşısını alaraq əks-hücuma keçmişik. Ondan əvvəl də bir neçə dəfə — Aprel döyüşləri və digər hadisələr zamanı — erməni tərəfi mütəmadi olaraq təxribatlar törədirdi. Biz isə uzun müddət dözümlülük göstərdik. Lakin artıq bu dəfə səbr tükəndi və sülh danışıqlarının nəticə vermədiyi, paralel olaraq təxribatların davam etdiyi bir şəraitdə əks-hücum qərarı verildi".

Sədr vurğulayıb ki, 2020-ci il müharibəsi dayandırıldığı zaman  proses siyasi müstəviyə keçirilib: "Həmin döyüşlərin nəticəsində 2020-ci il noyabrın 10-na qədər torpaqlarımızın böyük hissəsi azad edildikdən sonra, vasitəçi dövlət olaraq Rusiyanın təklifi ilə hərbi əməliyyatlar dayandırıldı və danışıqlar masasına oturuldu. Biz müəyyən mənada güzəştə gedərək prosesi siyasi müstəviyə keçirdik".

Əhməd Abbasbəyli bildirib ki, hərbi əməliyyatlar genişləndirilmədən, humanist yanaşma ilə dayandırılıb: "Həmin dövrdə biz istəsəydik daha geniş miqyasda əməliyyatlar aparmaq imkanımız da var idi, lakin humanist yanaşma nümayiş etdirərək prosesi dayandırdıq və məsələnin qalan hissəsinin sülh yolu ilə həllinə üstünlük verdik".

Sədr vurğulayıb ki, danışıqlara baxmayaraq təxribatların davam edib və buna cavab olaraq əməliyyat qərarı verilib: "2022-ci ilə qədər müxtəlif danışıqlar aparıldı, həm masa arxasında, həm də vasitəçilər vasitəsilə cəhdlər oldu. Buna baxmayaraq, yenə də təxribatlar davam etdi. Həm təhlükəsizlik qüvvələrinə, həm də dinc insanlara qarşı hücumlar nəticəsində itkilər baş verdi və Azərbaycan hökuməti antiterror əməliyyatı keçirməyə qərar verdi".

Ə.Abbasbəyli bildirib ki, antiterror əməliyyatı qanunsuz silahlı qruplara qarşı aparılıb: "Bu əməliyyat erməni xalqına qarşı deyil, həmin ərazidə qanunsuz silahlı qruplara qarşı yönəlmişdi. Qısa müddət — təxminən 23–24 saat ərzində — həmin silahlı qüvvələr zərərsizləşdirildi".

Sədr vurğulayıb ki, əhali üçün təhlükəsiz yaşamaq imkanları yaradılıb və müraciət çağırışı edilib: "Bundan sonra Azərbaycan hökuməti bölgədə yaşayan erməni əhalisinə müraciət edərək, qalmaq istəyən hər kəsin Azərbaycan vətəndaşı kimi təhlükəsiz şəraitdə yaşaya biləcəyini bildirdi. Bunun üçün xüsusi imkanlar və müraciət platforması da yaradıldı".

Əhməd Abbasbəyli bildirib ki, qondarma qurum fəaliyyətini dayandırıb və əhali bölgəni tərk edib: "Həmin dövrdə qondarma qurum öz fəaliyyətini dayandırdığını elan etdi. Daha sonra isə əhalinin böyük hissəsi bölgəni tərk etdi. Bu proseslə bağlı müxtəlif videolar, çəkilişlər və sübutlar da mövcuddur ki, insanlar əsasən könüllü şəkildə bölgəni tərk ediblər".

Sədr vurğulayıb ki, hadisələrin təhrif olunmasına ehtiyac yoxdur, və obyektiv araşdırma aparılmalıdır: "Bütün bunlar yaxın keçmişdə baş vermiş hadisələrdir və bunları təhrif etməyə, müxtəlif uydurma narrativlər yaratmağa ehtiyac yoxdur. Sadəcə obyektiv araşdırma aparılsa, həqiqətin necə olduğu açıq şəkildə görünə bilər".

Əhməd Abbasbəyli bildirib ki, bu açıqlama qərəzlidir və sülh prosesinə zərər verə bilər: "Bu səbəbdən hesab edirəm ki, səsləndirilən fikirlər qərəzli və müəyyən dairələrdə formalaşdırılmış narrativlər əsasında qurulmuş bir bəyanatdır. Bu, nə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına xidmət edir, nə də regionda sülh prosesinə töhfə verir. Əksinə, münasibətlərin korlanmasına səbəb ola bilər. Eyni zamanda bu yanaşma ABŞ-nin ümumi sülh təşəbbüslərinə də uyğun gəlmir, çünki ABŞ bu iki dövlət arasında sülh prosesinə dəstək verən əsas tərəflərdən biridir. Mən hesab edirəm ki, bu, yanlış bir tezisdir".

Fatimə Nəbiyeva

Seçilən
56
qht.az

1Mənbələr