AZ

Əli əz-Zeydi İraqda baş nazir postuna namizəd olub

İraqın əksər şiə blokları və partiyalarının nümayəndələrini özündə birləşdirən Koordinasiya Şurası baş nazir postuna Əli əz-Zeydinin namizədliyini irəli sürüb.

"Cebheinfo.az" xəbər verir ki, İraq Prezidenti Nizar Amidi artıq yeni Baş nazirə Nazirlər Kabinetini formalaşdırmağı tapşırıb.

Hökumətin hazırkı başçısı Məhəmməd əs-Sudani və Koordinasiya Şurasının əvvəlki namizədi Nuri əl-Maliki bu postdan imtina edərək Əli əz-Zeydinin namizədliyini dəstəkləyiblər.

Qeyd edək ki, İraq Konstitusiyasına görə, Zeydi hökuməti qurmaqla vəzifələndirildikdən sonra ən geci 30 gün ərzində kabinetini formalaşdırıb məclisdən etimadnamə almalıdır.

Seçilən
50
cebheinfo.az

1Mənbələr