AZ

Bu ilin yanvar-fevral aylarında 3100-dən çox məktəbdə monitorinq aparılıb

Bakı, 28 aprel, AZƏRTAC

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şagird sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən cari ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, monitorinqlərdə sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində aparılan tədbirlər, sosial-psixoloji xidmətlərin vəziyyəti, məktəblərin infrastruktur vəziyyəti, bullinq əleyhinə tədbirlərin keçirilməsi və s. məsələlər nəzərdən keçirilib.

Müxbir - Aysel Azadqızı
Videooperator - Mirrəsul Cəfərov
Seçilən
28
5
azertag.az

6Mənbələr