AZ

“Tarixi hadisələrin siyasiləşdirilməsi qarşıdurmanı dərinləşdirir - Tünzalə Abduləlimova

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında son günlər bəzi xarici siyasətçilər tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.

O qeyd edib ki, “son günlər bəzi xarici siyasətçilər tərəfindən səsləndirilən, regionumuzun tarixi və müasir reallıqlarını təhrif edən fikirlər narahatlıq doğurur”.

Onun sözlərinə görə, “1915-ci il hadisələri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur və bu mövzunun siyasi məqsədlərlə deyil, obyektiv və elmi əsaslarla araşdırılması vacibdir”. O vurğulayıb ki, “tarixi hadisələrin siyasiləşdirilməsi xalqlar arasında qarşıdurmanı dərinləşdirir və qarşılıqlı anlaşmaya xidmət etmir”.

Tünzalə Abduləlimova bildirib ki, “2020–2023-cü illərdə Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilib” və bu proses “Azərbaycan xalqı üçün ədalətin bərpası olmaqla yanaşı, şəhidlərin qanı və canı bahasına əldə olunub”.

O əlavə edib ki, “şəhid ailələrini təmsil edən bir təşkilat olaraq beynəlxalq ictimaiyyəti regionla bağlı məsələlərə həssas və obyektiv yanaşmağa, birtərəfli və əsassız ittihamlardan çəkinməyə çağırırıq”.

Sonda birlik sədri vurğulayıb ki, “şəhidlərin xatirəsi bizim üçün müqəddəsdir və onların uğrunda canlarını fəda etdikləri dəyərlərin qorunması hər birimizin borcudur”.

Zəhra Ağayeva

Seçilən
38
qht.az

1Mənbələr