AZ

Elçin Əmirbəyov Vatikanın Dövlət katibi ilə Cənubi Qafqazda sülhü müzakirə edib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfər edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin "X" hesabında bildirilib.

Məlumata görə, Elçin Əmirbəyov Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Pol Riçard Qallaxer ilə görüşüb.

Müzakirələr dövlətlərarası münasibətlərə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına, eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə, regional təhlükəsizlik məsələlərinə və qarşılıqlı maraq doğuran digər mövzulara həsr olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
6
apa.az

10Mənbələr