AZ

Abubakar “Neftçi”də qalacaq?

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi” növbəti mövsümün planlarını məhz buna uyğun quracaq. Bizim.Media xəbər verir ki, paytaxt klubu UEFA Konfrans Liqasına vəsiqə qazana bilsə, rəhbərlik transfer büdcəsini artıracaq. Həmçinin komandanın ulduz futbolçusu Vensan Abubakarın taleyi də məhz bundan asılı görünür.Komanda istəyinə çatsa, 34 yaşlı hücumçunun müqaviləsinin yenilənməsi maddəsi aktivləşdiriləcək. Çünki avrokuboklarda Abubakar kimi təcrübəli futbolçuya ehtiyac var.“Ağ-qaralar” “Zirə” ilə rəqabətdən məğlub ayrılsa, yayda heyətində ciddi dəyişikliklərə gedəcək. Belə olan halda, Abubakarın yola salınması da istisna olmayacaq. Xüsusən də yüksək məbləğdə maaşı kamerunlu ilə bağlı qərarda tərəddüdə səbəb olur. İstənilən halda bununla bağlı yekun qərarı baş məşqçi Yuri Vernidub verəcək.Qeyd edək ki, Vensan Abubakar bu mövsüm Misli Premyer Liqasında 16 oyunda 7 qol vurub.Rəşad Rafiqoğlu, Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
bizim.media

2Mənbələr