AZ

Zelenski İsraili HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski İsraili Kiyevin “oğurlanmış taxıl” hesab etdiyi məhsulun idxalına görə tənqid edib və sanksiyalar tətbiq olunacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında paylaşım edib.

O bildirib ki, Rusiyanın daşıdığı taxılla yüklənmiş daha bir gəmi İsrail limanına daxil olub və boşaldılmağa hazırlaşır.

Zelenskinin sözlərinə görə, bu cür fəaliyyət adi kommersiya əməliyyatı sayıla bilməz və İsrail hakimiyyəti ölkə limanlarına hansı yüklərin daxil olduğunu bilməyə bilməz.

Ukrayna lideri qeyd edib ki, rəsmi Kiyev diplomatik kanallarla bütün zəruri addımları atsa da, İsrail növbəti gəminin qarşısını almayıb.

Bu səbəbdən Zelenski həm taxılı daşıyan şəxsləri, həm də bu sxemdən gəlir əldə etməyə çalışan fiziki və hüquqi şəxsləri əhatə edən yeni sanksiya paketinin hazırlanacağını bəyan edib. O əlavə edib ki, bu məhdudiyyətlərin Avropa ilə koordinasiyalı şəkildə tətbiqi planlaşdırılır.

Zelenski İsrail hakimiyyətini Ukraynaya hörmət etməyə və ikitərəfli münasibətləri zəiflədə biləcək addımlardan çəkinməyə çağırıb.

NURİYYƏ

Seçilən
5
2
redaktor.az

3Mənbələr