AZ

Rusiya ordusu Ukraynada daha bir kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin İlyinovka yaşayış məntəqəsini ələ keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İlyinovka “Cənub” qüvvələr qrupunun fəal hərəkətləri nəticəsində nəzarətə götürülüb.

Qeyd olunub ki, İllinovka uğrunda döyüş zamanı Ukrayna ordusu 130-dan çox əsgərini, həmçinin iki zirehli döyüş maşınını, iki səhra artilleriya qurğusunu və 13 nəqliyyat vasitəsini itirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
57
missiya.az

1Mənbələr