ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində baş vermiş insident zamanı zaldan ilk olaraq Prezident Donald Tramp yox, vitse-prezident Ceyms Devid Vens çıxarıldı. Bu, anlıq reaksiya nəticəsində atılmış addımdır.
Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar insidenti şərh edərkən bildirib.
“Vensin şəxsi mühafizəçiləri onu dərhal çıxardığı halda, Tramp masanın arxasında gizlənərək qorunmağı seçir. Tramp da istəsə, Vensdən daha öncə gedə bilərdi, amma bu, istək məsələsi idi”, - deyə Ağar əlavə edib.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib. Hücum edən şəxs, 31 yaşlı Koul Allen yaxalanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.