Moderator.az saytına istinadən ain.az xəbər verir.
“Müasir dünyada təhlükəsizliklə bağlı təhdidlərin çoxaldığı, müharibə və qarşıdurmaların artdığı heç kimə sirr deyil. Belə olan halda təhlükəsizliyin təmin edilməsi hər zamankından daha çox aktuallıq kəsb edir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, təhlükəsizliyi təmin etməyin bir neçə yolu var ki, bunlardan ən etibarlısı mehriban qonşuluq siaysətinə sadiq qalmaqdır:
“Təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu mehriban qonşuluq və dostluq siyasəti yürüməkdir. Heç bir yol, heç bir vasitə təhlükəsizliyi bundan daha yaxşı qoruya bilməz. Bu, elə bir vasitədir ki, təhlükəsizliyi təmin etmək üçün böyük ordulara, silah-sursat ehtiyatına malik olmağa ehtiyac qalmır. Dünya təcrübəsi də sübut edir ki, sülh siyasəti təhlükəsizliyi təmin etməyin ən sınanmış, ən etibarlı yoludur. Əgər hər kər bu siyasətə sadiqlik nümayiş etdirərsə, o zaman dünyada təhlükəsizliyi zor gücü ilə təmin etmçəyə ehtiyac qalmaz”.
Seymur ƏLİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.