Küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Bizim.Media-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Xatırladaq ki, dünən külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib, sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta