AZ

Bu ölkədə dəhşətli ATIŞMA: YARALILAR VAR- GÖRÜNTÜLƏR

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, ilk insident Kerameikos məhəlləsində baş verib. Bildirilir ki, yerli media tərəfindən “metal toplayan” kimi təqdim olunan 89 yaşlı kişi ov tüfəngi ilə Sosial Sığorta Fondunun binasına daxil olaraq atəş açıb və bir əməkdaşı yaralayıb. Bundan sonra hücumçu taksi ilə hadisə yerindən uzaqlaşaraq Loukareos küçəsində yerləşən Apelyasiya Məhkəməsinə gedib və binanın birinci mərtəbəsində yenidən atəş açıb. Nəticədə daha dörd nəfər yaralanıb. Yaralıların hamısı alt ətraflarından yüngül xəsarətlər alıb və həyati təhlükələrinin olmadığı bildirilir. Atışmadan sonra məhkəmə rəhbərliyi ictimai ünvan sistemi vasitəsilə təcili təxliyə elan edib. Hadisə yerinə gücləndirilmiş polis qüvvələri, üç təcili tibbi yardım briqadası və həkimlər cəlb olunub. Hüquq-mühafizə orqanları istifadə olunan silahı aşkarlayıb. Hazırda hücumun motivləri və şübhəlinin ilkin hadisədən sonra məhkəmə binasına silahla necə daxil ola bilməsi araşdırılır.

Seçilən
33
Ajans.az

1Mənbələr