AZ

Zelenskinin prezidentlik müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət müddəti və səfərbərlik 2026-cı il avqustun 2-nə qədər uzadılıb.

“Cebheinfo,az”-ın məlumatına görə, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.

Sözügedən qanun layihəsinin lehinə 315, əleyhinə isə 2 nəfər səs verib. 17 nəfər isə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, hərbi vəziyyətin uzadılması Ukraynada prezident seçkilərinin avqust ayına qədər təxirə salınması deməkdir. Bu isə 2024-cü ildə səlahiyyət müddəti başa çatmış

Volodimir Zelenskinin daha 3 ay prezident vəzifəsində qalmasını təmin edəcək. Çünki Ukrayna konstitusiyasının 106-cı maddəsinə görə, hərbi vəziyyət zamanı ölkədə seçkilər keçirilə bilməz.

Seçilən
50
1
cebheinfo.az

2Mənbələr