AZ

Hasarlanmış ərazidə nə tikiləcəyi bilindi Mərkəzi Parkın altında böyük tikinti

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın mərkəzi hissəsində yerləşən harasa alınmış ərazi sakinlərin marağına səbəb olub. Həmin yerdə yeni yeraltı dayanacağın qurulacağı ilə bağlı xəbərlər yayılmağa başlayıb.Demokrat.az xəbər verir ki, metronun "Nizami" stansiyası yaxınlığında, Cabbar Qaryağdıoğlu küçəsində yerləşən bu ərazi ilə bağlı rəsmi açıqlama gəlib."Bakı Metropoliteni" QSC-nin məlumatına görə, dövlət proqramına əsasən şəhərin həmin hissəsində "B5" adlı yeni stansiyanın inşası nəzərdə tutulur. Yeni stansiya Mərkəzi Parkın altında yerləşəcək və "Nizami" stansiyası ilə birbaşa əlaqələndiriləcək.Hazırda "Nizami" stansiyasının cəmi bir çıxışı var ki, bu da eskalatorların təmiri zamanı sərnişinlər üçün çətinlik yaradır. "B5" stansiyasının istifadəyə verilməsi həm alternativ keçid imkanı yaradacaq, həm də sərnişin sıxlığını tənzimləyəcək. Bənövşəyi xətt üzrə layihələndirilən bu tikintinin 2030-cu ilə qədər yekunlaşdırılması hədəflənir. (Xəzər TV)Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr