Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.
"Bir millət, iki dövlət, bir ürək! Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur", - paylaşımda bildirilib.
Türkiyə-Azərbaycan birgə hərbi təlimləri aprelin 27-dən mayın 2-dək davam edəcək.