AZ

Səkinə Əsgərova: Qastronomiya gününə İƏT-ə üzv ölkələrin ən məşhur aşpazlarını dəvət etmişik

Şuşa, 28 aprel, AZƏRTAC

Şuşada təşkil olunan Qastronomiya gününə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin ən məşhur aşpazlarını dəvət etmişik. İstəyirik ki, milli kulinariya komandamızın üzvləri ilə təcrübə mübadiləsi olsun. Məqsədimiz mənəvi irs nümunələrimizi təbliğ etmək və Azərbaycana olan turistik marağın artmasına nail olmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin rəhbəri Səkinə Əsgərova Şuşada keçirilən Qastronomiya günündə jurnalistlərə müsahibəsində deyib.

“Gördüyünüz stendlər böyük bir yaradıcı aşpaz fikrinin nəticəsidir. Menyular xüsusi olaraq seçilib. Belə tədbirlər aşpazlarımızın beynəlxalq arenada digər aşpazlarla şəbəkələşməsini yaxşılaşdırır, onların peşəkar bacarıqlarına xüsusi təsir göstərir”, - deyə Səkinə Əsgərova bildirib.

Müxbir – Tahir Ağaməmmədov

 

Seçilən
17
2
azertag.az

3Mənbələr