AZ

Rusiyalı arxeoloq azadlığa çıxdı

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyalı arxeoloq Aleksandr Butyaqin Polşa ilə həyata keçirilən məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

“Yeni Sabah” BBC-nin Rus Xidmətinə istinadla xəbər verir ki, o, 2025-ci ilin dekabr ayının əvvəlində Varşava şəhərində saxlanılıb.

Arxeoloq Rusiyanın ilhaq etdiyi Krım ərazisində aparılan qanunsuz qazıntılarda iştirak etməkdə və bu fəaliyyətlərə dəstək verməkdə ittiham olunurdu. Ukrayna tərəfi həmin qazıntıları mədəni irs abidələrinin məhv edilməsi kimi qiymətləndirir.

A.Butyaqin Ermitaj muzeyinin Antik Dünya şöbəsində Şimali Qara dəniz regionu üzrə antik arxeologiya sektoruna rəhbərlik edib və bu fəaliyyətlər də istintaqın əsas predmetlərindən biri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
yenisabah.az

2Mənbələr